ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Liz Trassın istefasını şərh edib.
"Unikal" "The New York Times"a istinadən xəbər verir ki, o, Trassı Ukraynaya Rusiya işğalı ilə mübarizədə kömək etməkdə əla tərəfdaş adlandırıb.
"O, Rusiya və Ukrayna üçün əla tərəfdaş idi. ABŞ və Böyük Britaniya güclü müttəfiqlər və sadiq dostlardır - bu heç vaxt dəyişməyəcək. Baş nazir Liz Trassa bir sıra məsələlərdə tərəfdaşlığına görə təşəkkür edirəm. Biz Britaniya hökuməti ilə sıx əməkdaşlığımızı davam etdirəcəyik, çünki ölkələrimizin üzləşdiyi qlobal problemlərin həllində birgə çalışacağıq", - deyə Bayden bildirib.
Lakin bayden xanım baş nazirin istefasının düzgün addım olub-olmadığını söyləməkdən imtina edib.
Gülayə Mecid