Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım qəza ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan səfərimizdə Partiya sədrinin müavini Binəli Yıldırımla uğursuz avtomobil qəzasına düşdük. Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır, xəstəxanada nəzarət altındayıq. “Keçmiş olsun” diləklərini çatdıran hər kəsə təşəkkür edirəm”.