Qismən səfərbərlik çərçivəsində çağrışçıların sayı 260 min nəfərə çatıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin rəhbəri Nina Ostanina deyib.
Onun sözlərinə görə, səfərbərlik gələn həftə başa çatacaq. Deputat qeyd edib ki, bu məlumatı RF Müdafiə Nazirliyinin dövlət katibi Nikolay Pankov və səfərbərlik idarəsinin rəisi Yevgeni Burdinski də təsdiqləyiblər.
Oktyabrın 14-də Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərliyin iki həftəyə başa çatacağını açıqlayıb.
Gülayə Mecid