Ağstafada qəza hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov