Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasında idman psixologiyasının öyrənilməsi, bu sahədə elmi potensialın inkişafı, idmançıların psixoloji hazırlığının artırılması və psixoloji reabilitasiyanın tətbiqi məqsədilə mütəmadi olaraq akademik və metodik potensialın gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
"Unikal" xəbər verir ki, Posttravmatik stress pozuntusunun (PTSP) dərindən öyrənilməsi və tədqiq edilməsi isə bu sahədə köklü inkişafa və bacarıqlı kadrların hazırlanmasına təkan verir.
Bu baxımdan ASAPES-də bakalavr və magistratura təhsil səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman tibbi və reabilitasiya” ixtisasları üzrə təhsil alan tələbələrinin idman psixologiyası sahəsində biliklərinin təkmilləşdirilməsi və metodik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İsrailin “Ariel” Universitetinin Səhiyyə İdarəetmə Departamentinin professoru, Mental Sağlamlıq Mərkəzinin direktoru Anatoliy Kreininin iştirakı ilə keçirilən “Posttravmatik stress pozuntusu bio-psixi-sosial problem kimi” mövzusunda seminarı başa çatıb.
2 gün davam edən seminarda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ümumilikdə 100-dən artıq tibb mütəxəssisi iştirak edib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub