Rusiya Dəmir Yolları Holdinq (RZD) Azərbaycan və İran nümayəndələri ilə Rəşt (İran) - Astara (İran) dəmir yolu hissəsinin tikintisinin başa çatdırılması ilə bağlı danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bunu “Made in Russia” beynəlxalq ixrac forumunun plenar iclasında Rusiya Dəmir Yolları rəhbərinin müavini Sergey Pavlov bildirib.
“Bəli, doğrudan da, Rəşt-Astara bu gün dəmir yolu marşrutunun vahid zəncirdə birləşdirilməsinə ciddi maneədir. Təbii ki, bu xətt bizə lazımdır. İndi isə Aleksey Loqvinoviçin (Rusiya Federasiyası Baş nazirinin müavini Overçuk) dediyi kimi, biz bu marşrutun işə salınması üçün İran tərəfi və Azərbaycan tərəfi ilə çox intensiv danışıqlar aparırıq”.
Pavlov vurğulayıb ki, Rusiya Dəmir Yolları "RZD Logistics" ilə birlikdə multimodal daşımaların bir hissəsi kimi artıq Rəşt-Astara marşrutundan istifadə edir.
Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Layihənin məqsədi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (İTC) quru hissələrini birləşdirməkdir ki, bu da transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.
Gültəkin Əlsəgər