Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonda ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət köşk və içərisində hər birinin tutumu 50 litr olan 2 ədəd məişət qaz balonu yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.