Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.
"Unikal" xəbər verir ki, rayonun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan "Khankendi" təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.
Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayan uçuş 45 dəqiqə çəkib.