Göygöldə bədbəxt hadisə baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov