"Baku Bus"un avtobusu qəza törədib.

"Unikal" xəbər verir ki, 30 nömrəli avtobus Nizami Rayonunun Cəmşid Naxçıvanski küçəsində yerləşən "Araz" supermarketinə girib.

İlkin məlumata görə, avtobusun əyləcində problem yaşanıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.