"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.
Bu barədə "Unikal"a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.
"Airbus A330" təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.