Soyuq havalarda gözlərdə problemlər artır.
"Unikal" medicina.az-a istinadən bildirir ki, oftalmoloq İrina Melikova görmənin zəifləməsinin səbəblərini açıqlayıb.
Quruluq: Soyuq hava, aşağı təzyiq, külək, şaxta, quru otaq havası, kondinsioner, peçin təsiri gözləri qurudur.
Bu adətən qapalı otaqda, komputerdə işləyənlərdə çox baş verir.
Soyuqda az su içilməsi də gözləri daxildən qurudur.
Havaya çıxanda gözlər sulanır, şişir, qızanır, şişir.
Görmədə bulanıqlıq - Soyuqda qan damarları daralır, gözlərə qan yaxşı getmir.
Bu zaman görmədə dumanlı və ikiləşmə ola bilər.
İşığa qarşı həssaslıq: Günəş işığının azlığı, vitaminsizlik, rütubət çoxluğu gözlərin işığa qarşı həssaslığını artırır, qıcıqlanma verir, spazm baş verir, hətta ağrı ola bilər.
Bunların qarşısını almaq üçün oftalmoloqa gedib müvafiq yoxlamadan keçib, eynək, linza, göz damcısı və vitaminlər təyin etmək lazımdır.