Əməkdar artist, xanəndə Süleyman Abdullayev dəfn olunub.

"Unikal" xəbər verir ki, əvvəlcə mərhum sənətkarla evində və Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimda Süleyman Abdullayevin ailə üzvləri, sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra  ailə məzalığında dəfn olunub.

Qeyd edək ki, "Dədə Süleyman" kimi tanınan əməkdar artist bu gün səhər vəfat edib.

xxx

16:12

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev ilə Təzəpir Məscidində vida mərasimi keçirilir. 

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən bildirilib.

Mərhum Kürdəxanı qəbristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

xxx

11:12

Əməkdar artist, xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə mərhumun qızı Aygün Abdullayeva məlumat verib.

Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkib. Onun ayaq barmaqları amputasiya edilmişdi