""BakuBus" MMC-yə məxsus “BMC” markalı avtobusun düşdüyü yol-nəqliyyat hadisəsi barədə məlumatda qeyd edilir ki, avtobusun əyləc sistemində nasazlıq olub".
"Unikal" xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
O bildirib ki, uzağı 3 ildir istismarda olan bu avtobusların belə texniki nasazlığının olması və həmin nasazlıqla istismar edilməsi təəssüf doğurur:
"Ümumiyyətlə, son vaxtlar "BakuBus" MMC-yə məxsus avtobuslarla bağlı şikayətlər (səs siqnalından yersiz istifadə, siqnalın çox güclü olması, bəzi sürücülərin kobudluğu və s. istiqamətdə) artır. Bakı sakinlərinin fəxr etdiyi avtobuslarla bağlı belə hallar məyusedicidir. Bu MMC-də olan problemlər aradan qaldırılmalıdır. Əks təqdirdə ictimai nəqliyyatdan üz döndərənlər çoxalacaq. Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir".
Anar Kəlbiyev