Mingəçevirdə özünü güllələyən ahıl şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
"Unikal" apaya istinadən xəbər verir ki, 70 yaşlı Bəxtiyar Səmədov bir müddət əvvəl yeni ev alaraq, ikinci həyat yoldaşı ilə ora köçüb.
O, hələ ki istintaqa məlum olmayan səbəbdən evinin həyətində oldu silah ilə ağzından atəş açaraq həyatına son qoyub.
Bəxtiyar Səmədov şəhərdə "Aptek Bəxtiyar" kimi tanınıb. Onun ikinci evliliyindən 7 yaşlı oğlu var.
Hadisənin baş vermə səbəbi araşdırılır.
17:12
Mingəçevirdə intihar hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, şəhər sakini Bəxtiyar Səmədov odlu silahdan atəş açaraq özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bəxtiyar Səmədov əczaçılıq fəaliyyəti ilə məşğul olub.