Oktyabrın 23-də millət vəkili Novruz Aslanov Ismayıllı rayonu Talıstan kəndində şəhid Bədəlov Cavidanın, Hacıhətəmli kəndində şəhid Xəlilov Qədimin 40 mərasimində iştirak edib, ailəsinə və yaxınlarına başsağlığı verib.
"Unikal" xəbər verir ki, mərasimdə deputat Tahir Kərimli, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və digər yerli qurumların nümayəndələri də iştirak edib. Həmin gün şəhid Aqil Mirzəliyevin də il mərasimi keçirilb, millət vəkili həmin mərasimdə də iştirak edib, ailəsinə və yaxınlarına başsığlığı verib.
Məlumat üçün bildirək ki, sentyabrın 12-13-ü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən İsmayıllı rayonunun Talıstan kənd sakini, Azərbaycan ordusunun quru qoşunlarının zabiti, baş leytenant Bədəlov Cavidan Zaur oğlu və Hacıhətəmli kəndində anadan olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi Xəlilov Qədim İlqar oğlu təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəliblər.