Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib.
"Unikal" xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın yeməkxanasında baş verib. Şirkətin Nəqliyyat şöbəsinin müdiri Mustafa Məmmədov yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.
Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.