Şəhər mobilliyi prinsipləri əsas götürülməklə 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılır.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb,
Bildirilib ki, qeyd olunan küçə və prospektlərin hər biri ictimai nəqliyyat üçün əsas hərəkət dəhlizi hesab olunur. Gündəlik olaraq bu dəhlizdən 70 müntəzəm marşrut xətti üzrə 1000-dən artıq avtobusla 830 min nəfərdən dən çox sərnişin daşınır. Dəhliz boyunca avtobusların maneəsiz və rahat hərəkəti təmin ediləcəyi halda avtobusların orta istismar sürətinin pik saatlarda 10 km/saatdan 21 km/saata qalxacağı proqnozlaşdırılır. Sərnişinlərin səfər müddəti isə pik saatlarda 46 dəqiqədən 22 dəqiqəyə enəcəyi ehtimal edilir.
Avtobusların hərəkət cədvəllərində stabilliyin təmin olunması ictimai nəqliyyatdan istifadəsini stimullaşdıracaq, əhalinin mobillik imkanları və ictimai nəqliyyata olan inamı artacaq ki, bu da öz növbəsində qanunsuz sərnişindaşıma halları və şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından əhəmiyyətlidir. Zolaqların təşkili ekoloji mühitin yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək. Belə ki, gündəlik təqribən 4000 kq-dan artıq zərərli qazın (CO2) ətraf mühitə buraxılmasının qarşısını almaq mümkün olacaq.