Le Parisien fransız nəhənginin məşhur ulduzla etdiyi inanılmaz müqavilənin təfərrüatlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, Mbappenin 3 illik müqaviləni başa vuracağı təqdirdə qazanacağı rəqəm hər kəsi təəccübləndirib.

Paris Saint-Germain klubu Real Madridin radarında olan Kilian Mbappeni klubda saxlamaq üçün çantanın ağzını açıb. 

Fransız ulduz Real Madridə keçmək üzrəykən son anda edilən inanılmaz təklif oyunçunu razı salıb və Mbappe 2025-ci ilə qədər Fransa komandasında qalmalı olub. Real Madridin prezidenti Florentino Perez klubu ilə yeni 3 illik müqavilə imzalayan 23 yaşlı futbolçu ilə bağlı açıqlamasında "Zavallı Mbappe yəqin ki, onsuz da Real Madridə gəlmədiyi üçün peşman olmağa başlayıb" deyib. 

Gültəkin Ələsgər