“WhatsApp” messencerində yaranan problem aradan qaldırılıb.

"Unikal" xəbər verir ki, hazırda “WhatsApp” üzərindən mesaj yollamaq və almaq mümkündür.

***11:34

"Meta"ya məxsus mesajlaşma proqramı olan "WhatsApp"ın işində problem yaranıb. 

"Unikal" xəbər verir ki, mesajların göndərilməsi tətbiqi Azərbaycanla bərabər bir çox ölkədə də dayandırılıb.

Lakin şirkətdən bununla bağlı hər hansı açıqlama verilməyib. 

Bildirilib ki, "WhatsApp"ın masaüstü kompüterlərdə də istifadə edilən WhatsApp Web funksiyasına daxil olmaq mümkün deyil.

Ağarza Elçinoğlu