Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir və quruma yeni prezident seçilir.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev bildirib ki, o AMEA-nın ümumi yığıncağına qatılmayacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü olduğuna görə, sözügedən yığıncaqda iştirak etməli idi. Lakin o, bu yığıncağa qatılmaqdan imtina edib.
Seymur Əli