Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda, Mehdi Mehdizadə küçəsində qeydə alınıb. 

Belə ki, "Prius", "Renault-Logan" və "Ford Transit" markalı üç avtomobil toqquşub. Qəza nəticəsində hər üç maşına ziyan dəyib.

Anar Kəlbiyev