Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb. Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.