"Azərbaycan Yazıçılar Birliyinin Qurultayı 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub. Əgər biz 2019-cu ildə qurultay keçirsəydik, boynubükük yazıçılar kimi keçirmiş olacağdıq".
"Unikal" xəbər verir ki, bunu Xalq yazıçısı Anar Rzayev AYB-nin XIII Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, bu müddət ərzində yazıçılar birliyində Qurultay səviyyəsində məruzələr dinlənilib və kitab kimi nəşr olunub.