“Anardan sonra Yazıçılar Birliyinin sədrliyinə tamah salan da olmayacaq. Anar Rzayevdən sonrakı Azərbaycan Yazıçılar Birliyi hazırkı Yazıçılar Birliyi ola bilməz”..
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin qurultayında iştirak edən Xalq şairi Ramiz Rövşən jurnalistlərə açıqlamasında deyib.
"Bizdə hələ də həlledici vəzifədən çox şəxsiyyətdir. Bu, bizim reallığımızdır. Anardan sonra sədrliyə tamah salan da olmayacaq. Anara alternativ olmaması alternativ ola biləcək insanların Anara olan hörmət və məhəbbətindən asılıdır. Yazıçılığı kənara qoysaq, Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu, böyük şərtdir. Auditoriyadakı əbədiyyət iddialı insanların qarşısında danışmaq çətindir, gör, onlara rəhbərlik etmək nədir”, - deyə Xalq şairi söyləyib.