Bakı Dövlət Universitetinin mətbuat xidməti 2 saylı korpusun təmirə bağlanacağı xəbərlərinə münasibət bildirib.
Bununla bağlı "Unikal"a açıqlamasında BDU-nun mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, universitetin 2 saylı korpusu əsaslı təmir olunacaq.
"Təmir müddəti ərzində tələbələr üçün hər şəraitə malik məkan icarəyə götürüləcək və tədris prosesi orada davam etdiriləcək", - o qeyd edib.
Onu da deyək ki, əsaslı təmir işlərinin başlanacağı tarix hələlik məlum deyil.
Ağarza Elçinoğlu