"Show" telekanalında yayımlanan "Gelsin hayat bildiği gibi" serialına yeni aktyor daxil olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Ahmet Arıman yer alacaq. Aktyor layihədə "Tayfun Hoca" obrazına həyat verəcək.
Qeyd edək ki, A.Arıman "Hababam sınıfı" filmində "Hayta İsmail" obrazıyla məşhurlaşıb.