Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
FHN-dən "Unikal"a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.