Goranboyda iki minik avtomobili toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə  rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı maşınla ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov