"Vətən müharibəsinin ilk dəqiqələrindən sonunadək Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe Azərbaycan haqq işi uğrunda mübarizədə tək olmadığını hər kəsə göstərdi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə keçirilən tədbirdə deyib.
Spiker qeyd edib ki, Türkiyə və onun Lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır:
“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycan və Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən, ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir".