Samux rayonunun Tatlı kəndində yanğın olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 910 m² olan birmərtəbəli tikilinin (qeyri-yaşayış, şüşə-pambıq və penoplastdan ibarət) yanar konstruksiyaları 500 m² sahədə, içərisində taxta və məişət tullantıları yanıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.