Cənubi Koreya paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
“Unikal” xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.
“Ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması haqqında hazırda hər-hansı məlumat daxil olmayıb. Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq Səfirliklə əlaqə saxlamaları xahiş olunur” - məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Seulun mərkəzində təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 150-dən çox insan yaralanıb