Avropalı deputatdan həyəcanlı xəbər: “Dağlıq Qarabağdan müharibə qoxusu gəlir”
13:51 06-03-2013
SİYASƏT
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı situasiyadan müharibə qoxusu gəlir”.
Bunu Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger bu gün Milli Məclisdə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranıb: “Bu aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz. Bu, ancaq sülh və dialoq yolu ilə həllini tapmalıdır”.
Buna cavab olaraq dostluq qrupunun Azərbaycandan olan rəhbəri, deputat Cavid Qurbanov bildirib ki, Azərbaycan istənilən dövlətlə, o cümlədən Ermənistanla sülh və dostluq şəraitində yaşamağa hazırdır, yeganə şərt Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır: “Danışıqlar prosesi nəticə verməsə, əlbəttə, biz torpaqlarımızı qaytarmaq üçün müharibəyə hazırıq. Bunu dəfələrlə bizim dövlət başçımız da bildirib. Dağlıq Qarabağ danışıqlar predmeti deyil”.
Digər Xəbərlər
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55