“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilib. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olacaq. İndiyə qədər İdarə Heyətinin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.