Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli parlamentlərarası danışıqları bu ay keçirilə bilər.
"Unikal" xəbər verir ki, bu barədə “RİA Novosti“yə Rusiya Federasiya Şurasındakı mənbə deyib.
Bildirilib ki, Federasiya Şurasında gələcək həftələrdə Azərbaycan və Ermənistanla parlamentlərarası dialoqu üçün danışıqlar qrupunun yaradılması müzakirə olunacaq.
“Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli parlamentlərarası danışıqları tezliklə keçirilə bilər. İstisna deyil ki, bu noyabrda baş tutsun”, deyə mənbə qeyd edib.