Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir.
"Unikal" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "Twitter"də bildirib.
O əlavə edib ki, bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.
Kolomina qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir, Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndirir.