"Azərbaycanda gözəl bir atalar sözü var ki, cəhənnəmə gedən özünə yoldaş axtarır. Ermənsitan dərk etməlidir ki, dünyanın aparıcı qüvvələri İrana qarşıdır".
Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Ermənistanın bu ölkə ilə müqavilə imzalaması onların özünə ziyandır:
"Buraya ticari-iqtisadi əlaqələrin qurulması, silah alınması və s. məsələlərin hamısı daxildir. Ermənistanın müxtəlif ölkələrin qabağına qaçması heç bir effekt verməyəcək. Bunun ən yaxşı yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Ermənsitanın xilas yolu Azərbaycan və Türkiyədən keçir. Qalan hallarda isə bataqlıqda batacaqlar. Sülh müqaviləsi Ermənistana sərf edən məsələdir. Belə ki, həm Azərbaycan, həm də Türkiyə ilə ikitərəfli münasibət əldə edəcəklər. Doğrudur, buna təsir edən qüvvələr də var. Bizim digər qonşumuz İran bu məsələlərə təsir göstərməyə çalışır. Əslində, kommunikasiyaların açılması onların özünə də xeyirlidir. Zəngəzur dəhlizinin açılması, İranın da bu proseslərə qoşulması, onlara qarşı olan blokadanın qarşısının alınmasına köməklik göstrəcək. Təəssüflər olsun ki, bunu kənara qoyub, daxili iddialar, Azərbaycanı gözügötürməməzlik və başqa belə maraqlardan çıxış edirlər. Bütün bunlar sülhün gecikməsinə səbəb olur. Ümumilikdə, sülh müqaviləsinin bu ilin sonuna imzalanması planlaşdırılır. Ola bilər ki, bir az geciksin. Bu da qarşı tərərfin hazırlıq məsələlərindən asılıdır".
Anar Kəlbiyev