Bu gün Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən şəhid ailələri ziyarət olunub. 

"Unikal" xəbər verir ki, görüşdə 8 Noyabr - Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilib, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub.  

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çeyildağ qəsəbəsində 1994-cü ildə şəhid olmuş Səyavuş Əlimurad oğlu Muradovun büstünü ziyarət etdikdən sonra Çeyildağ qəsəbə sakinləri ilə səyyar görüş keçirib. 

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 60-ə yaxın qəsəbə sakinləri iştirak edib. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər yerindəcə həll edilib. 

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.