Bu gün Prezident İlham Əliyev Türkiyənin vitse-prezidenti Fuat Oktayı qəbul edib.
"Unikal" xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalı görüşdən reportaj hazırlayıb.
Reportajda qeyd olunub ki, tərəflər görüş zamanı bir sıra məsələlərlə yanaşı, Türkiyə istehsalı olan “TOGG” avtomobilləri ətrafında da fikir mübadiləsi aparıb.
Prezident İlham Əliyev Türkiyədən iki ədəd “TOGG” avtomobili sifariş verdiyini də xatırladıb: “İkinci, üçüncü avtomobili biz sifariş verdik. Tezliklə alacağıq. Bu, böyük bir uğurdur. Dünya miqyasında belə bir avtomobil istehsal edən ölkələrin sayı çox deyil”.