“Bir çox universitetlər kəsrləri pulluya keçirib. Bu da dolayısı ilə rüşvətin başqa yoludur”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Əvvəl pulu müəllim alırdısa, indi mərkəzləşdirilmiş şəkildə bir imtahanın qiyməti məsələn, 150-200 manatdır. Nəzərə almaq lazımdır ki, tələbə həm də yüksək məbləğli təhsil haqqı ödəyir. Ona görə də bu məsələlər həll olunmalıdır. Çünki bir tələbənin 5-6 kəsiri olsa, onun verəcəyi pul elə təhsil haqqının yarısı edir”, - deyə S.Novruzov bildirib.

Anar Kəlbiyev