“Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin “Şuşa ili” çərçivəsində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Zəfər” yay məktəbində təlimlərə qatılan rəsssamlıq dərnəyinin şəhid övladlarından ibarət üzvlərinin Şuşaya həsr etdikləri rəsm əsərləri əsasında “Azərpoçt” MMC tərəfindən marka hazırlanıb. 

"Unikal" xəbər verir ki, markada bu ilin sentyabrında Şuşada yay məktəbinin bağlanış mərasimində şəhid övladlarının nümayiş etdikləri əsərlərin eskizləri toplanıb.

Zəfər bayramı öncəsi Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyində şəhid övladlarının və nazirliyin rəsmi şəxslərinin iştirakı ilə markanın ilk təqdimatı həyata keçirilib.