“Vahid Rusiya uğrunda” Avrasiya ictimai-siyasi hərəkatının Ali Şurasının sədri, Ukrayna Ali Radasının keçmiş deputatı Oleksiy Remenyuk bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Hərəkatdan məlumat verilib. 

“Sədrimiz bədbəxt hadisə nəticəsində dünyasını dəyişib”, - deyə mənbə bildirib.

O əlavə edib ki, qəza Simferopol yaxınlığında baş verib.

Aleksey Remenyuk 12 yanvar 1956-cı ildə Jitomir vilayətinin Korostenski rayonunun Davıdki kəndində anadan olub. 1998 və 2002-ci illərdə III və IV çağırış Ukrayna Ali Radasının xalq deputatı seçilib. 2022-ci ilin martında Mixail Jitkov ilə birlikdə "Vahid Rusiya üçün" ictimai-siyasi hərəkatını yaratmaq qərarına gəlib. 

12:13

Ali Radanın xalq deputatı, Ukraynanın keçmiş “Vahid Rusiya” partiyasının rəhbəri Oleksiy Remenyuk işğal altında olan Simferopolda polisin təqibi zamanı qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, eks-deputat hadisə zamanı  içkili olub.

"66 yaşlı Remenyuk “Range Rover” markalı avtomobili ilə dostunun ad günündəm qayıdarkən polis onu saxlayıb. Sənəd yoxlanışı zamanı ondan spirt testindən keçməsi istənilib - o, sərxoş olduğu üçün  bundan imtina edib və  ərazidən uzaqlaşıb.  Bu zaman o, qəzaya düşüb", - deyə kanalda qeyd olunub. 

Gülayə Mecid