İran səfiri: “”Əl-Qaidə”ni amerikalılar özləri yaradıblar”
16:35 06-03-2013
SİYASƏT
“Bu gün artıq heç bir şübhə yoxdur ki, “Əl-Qaidə” terror təşkilatını amerikalılar özləri yaradıblar”.
Bunu APA TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsun Pakayin deyib.
Səfir qeyd edib ki, təxminən bir il əvvəl ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton milli mənafeləri naminə “Əl-Qaidə” terror təşkilatını yaratdıqlarını rəsmən elan edib.
Diplomat daha sonra vurğulayıb ki, məhz həmin terror təşkilatı qərb tərəfindən silahlanaraq Suriyanı xarabalığa çevirib: “Bundan isə silahsız xalq əziyyət çəkir. Biz hesab edirik ki, Suriya məsələsi xalqın iradəsi, müxalifət və hakimiyyət arasında dialoqun aparılması, silahlı toqquşma olmadan həll olunmalıdır. Çox təəssüf ki, bəzi qərb ölkələri müsəlman ölkələrində sabitliyi pozmağa çalışır. Bu ölkələr demokratiya bəhanəsi ilə müsəlman ölkələrindəki müxalifətçilərlə əlaqə qurmağa, onların köməyi ilə hakimiyyətdə iğtişaşlar yaratmağa çalışırlar. Suriya İsraillə mübarizədə ön cəbhə idi. Ona görə də İsrail himayəçiləri demokratiya bəhanəsi ilə Suriyada vəziyyəti qarışdırmağa çalışdılar. Demokratiya adı ilə gəldilər, lakin keçirilən seçkiləri qəbul etmədilər, insanların səsinə əhəmiyyət vermədilər, terrorçuları silahlandırdılar və insanlara qarşı çevirdilər".
Səfir münaqişənin həll edilməsi üçün müharibəyə heç bir ehtiyac olmadığını, Suriya məsələsinin xalqın iradəsi ilə həll edilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələdə İran tərəfinin mövqeyi budur ki, ilk olaraq atəşkəs əldə edilməli, müxalif qüvvələr qərb tərəfindən silahlandırılmamalı, müxalifətlə hakimiyyət arasında dialoq başlamalıdır: “Müxalifətin rəyi də nəzərə alınaraq, yeni Konstitusiya yaradılmalı, xalqın səsverməsi ilə Konstitusiya qəbul edilməli və yekun mərhələdə səsvermə yolu ilə prezident seçilməlidir. Bunun üçün müharibəyə gərək yoxdur”.
Səfir sonda onu da vurğulayıb ki, Suriyadakı son hadisələr qərbin müsəlman ölkələrində ümumiyyətlə demokratiya istəmədiyini göstərir.
Digər Xəbərlər
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48