Türkiyənin Ərzincan şəhərinin Tercan rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.

“Unikal” xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli saatla 20:02-də qeydə alınıb.

Yerin 6,99 kilometr dərinliyində baş verən zəlzələdə dağıntı olmayıb.