Noyabrın 12-si paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə "Unikal"a Nərimanov rayon prokurorluğundan məlumat verilib.
Noyabrın 12-si Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Kifayət İsayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı küt alətlə baş nahiyyəsinə xəsarət yetirərək Kifayət İsayevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə E.Məhərrəmovun olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
***00:09
Noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.
DİN-dən "Unikal"a verilən məlumata görə, aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.