Parlament seçkilərindən sonra kabineti formalaşdırmaq mandatı alan İsrailin keçmiş baş naziri Benyamin Netanyahu nazir postlarına namizədlərin təsdiqi ilə bağlı problemlərlə üzləşib.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb. Nəşrin məlumatına görə, “Likud” partiyasının liderinin parlamentdə koalisiya yaratmaq üçün nümayəndələri yəhudilərin müdafiə naziri və Maliyyə Nazirliyinin rəhbəri vəzifələrinə iddiaçıları olan Dini Sionizm partiyası ilə danışıqları davam edir. Tərəflər noyabrın 9-dan görüşmürlər.

Qeyd edildiyi kimi, yeni hökumətdə İsrail Müdafiə Nazirliyinin rəhbəri “Dini sionizm”in lideri Bezalel Smotriç olmaq istəyir, bacara bilməsə, maliyyə nazirinin yerini tutmaq istəyir. Nəşrin yazdığına görə, Netanyahu  bu vəzifələr üçün digər siyasətçiləri də nəzərdən keçirir və həmkarına post vermək istəmir.

Eyni zamanda, "Likud" liderinə təzyiq göstərmək cəhdi ilə Smotriç son günlərdə İsrail Müdafiə Qüvvələrinin istefada olan altı general-mayoru ilə görüşüb və həmçinin tanınmış sionist ravvinlərdən dəstək alıb. Bununla belə, “The Times of Israel” vurğulayır ki, “Dini Sionizm” rəhbərinin 28 yaşından başlayaraq cəmi 14 ay orduda xidmət etdiyi üçün onun müdafiə naziri olmaq cəhdləri artıq ictimaiyyətdə tənqidlərə səbəb olub.

Gültəkin Ələsgər