Latviya hakimiyyəti “pilotsuz uçuş aparatlarının və ya dronların uçuşlarına nəzarət və monitorinq” sistemi yaratmağa başlayıb.

"Unikal" xəbər verir ki, təşəbbüsün məqsədi pilotsuz uçuşlara operativ dəstək üçün rəqəmsal mühitin yaradılmasıdır.

Layihə meneceri İvet Kanzenin sözlərinə görə, bu, dron uçuşlarının təşkilini "gələcəkdə daha effektiv idarə etməyə kömək edəcək" vahid məlumat sistemi olacaq.