Antonio Quterreş Balidə keçirilən G20 sammiti çərçivəsində  Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçünün müavini Farhan Haq bildirib.

“O, Lavrovla görüşməyə ümid edir, hələ ki, heç bir razılıq yoxdur, amma istəyir”, - deyə Haq bildirib.

O əlavə edib ki, Quterreşin ABŞ prezidenti Co Baydenlə də görüşü barədə qərar yoxdur .

G20 sammiti noyabrın 15 və 16-da İndoneziyanın Bali adasında keçiriləcək. Tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Gültəkin Ələsgər