Cəlilabadda arvadını baltalayan şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Məlumata görə, Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

***

09:30

Cəlilabad sakini arvadını baltalayıb.

"Unikal" xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb. Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlanıb.