Ukrayna Milli Antikorrupsiya Bürosu Ukraynanın keçmiş xalq deputatı Oleksandr Qranovskini axtarışa verib.  

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Qeyd olunur ki, Qranovskii “Odessa Liman Zavodu” ASC-yə (99,57%-i dövlətə məxsusdur) 93,3 milyon qrivna ziyan vuran korrupsiya sxeminin təşkilatçısı hesab olunur.

Bildirilir ki, bir il əvvəl sentyabr ayında Odessa liman zavodunun fəaliyyətini dayandırılıb. 

Seymur Əli